12.02.2012 [17:28] - Xəbərlər
İranın Xuzistan vilayətində iğtişaşlar baş verib. HRANA-nın məlumatına görə, nəticədə 3 nəfər öldürülüb, 49 nəfər həbs edilib.
Həbs olunanlar arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) bir keçmiş zabiti də var. Ölənlərin hər üçünün zindandakı işgəncələr nəticəsində həlak olduğu bildirilir. Hadisədən sonra Xuzistan vilayətinin bir sıra şəhərlərində komendant saatı elan edilib.
Qeyd edək ki, iğtişaşlara bir qrup gəncin bu ilin martında keçiriləcək parlament seçkilərini boykot etməklə bağlı təbliğat aparması səbəb olub. Belə ki, onlar əhalini parlament seçkilərini boykot etməyə çağırıb. Bu cəhd polislə xalq arasında toqquşmaya səbəb olub. Toqquşmalar Xuzistanın Şuş şəhərindən başlayıb. Bir qrup gənc seçkiləri boykot etməklə bağlı şəhərin divarlarına elanlar yapışdırıb. Polis bu məsələni bəhanə edərək milli fəalların evlərinə hücum edib və onlardan bir neçəsini saxlayıb. Şəhər əhalisi bu hadisələrə etiraz edərək polislə toqquşub. Daha sonra iğtişaşlar Həmidiyyə şəhərinə keçib və polis bu şəhərdə də bəzi milli fəalları həbs edib. Həmidiyyə şəhərinin bir sıra məktəblərinin direktorları da həbs edilənlər arasındadır. Artıq məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar bəyanat veriblər.

Bu xəbər oxucular tərəfindən 1488 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |