Şrift:
Federasiya prezidenti Ankara terorunu lənətlədi.
18.02.2016 [13:55] - Xəbərlər, Türk dünyası-Turan, Bildiriş
Ankarada törədilmiş terror aktı bizi dərindən sarsıdıb və biz bu hadisəni törədənləri lənətləyirik. Bundan əvvəlki və dünənki,terror aktı Türkiyəni terrorla yolu ilə zəiflətmək yolunda törədilən aksiyalardır. Türkiyə böyük və güclü dövlətdir.Türkiyənin günü gündən güclənməsi, nüfuzunun artması,dünyada xüsusi ilə regionda söz sahibinə çevrilməsi bəzi dövlətləri narahat edir.Bu dövlətlər alçaq və namərdcəsinə belə dəhşətli hadisələr törədməklə Türkiyədə vəziyyəti qarışdırmağa,Türkiyəni zəiflədib qorxuzmağa çalışırlar.Lakin onlar bilməlidirlər ki, nə etsələrdə heç bir zaman Türk milləti,Türk dövləti terrora boyun əyməyəcək,təslim olmayacaqdır.Bu terror aktınının törədənlər və onların himayədarları öz istəklərinə nail ola bilməyəcəklər. Biz terrorizmdən əziyyət çəkən bir dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və hər zaman bir dövlət,millət olaraq qardaş Türkiyəmizin yanındayıq.Bu terror aktı zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə baş sağlığı diləyirəm.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed