Şrift:
Ərdəbilli idmançı ağır atletika üzrə dünya rekordunu yenilədi
19.02.2016 [10:59] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Ərdəbilli atlet ağır atletika (vəznəbərdari) üzrə dünya rekordunu yeniləyib.
Ərdəbil Vilayəti İdman və Gənclər İdarəsindən mətbuata verilən məlumata gör, Məcid Fərzin ağır atletika üzrə dünya kuboku yarışlarında qızıl medal qazanaraq dünya çempionu olub.

O 80 kiloqram çəkili atletlərin yarışında 225, 231 və 236.5 kiloqramlıq çəkiləri qaldırmağa müvəffəq olub. M.Fərzin dünya çempionu olmaqla yanaşı dünya rekordunu yarım kiloqram yüksəldib.

Azərbaycanlı atletdən sonra Kolumbiya 206 və Türkiyə 193 kiloqramla gümüş və bürünc medal qazanıb.

Bildirək ki, əlillərin ağır atletika üzrə dünya kuboku yarışları Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 42 ölkə nümayəndələrinin iştirakı ilə keçirilir. Yarışlar fevralın 15-dən 19-dək (bəhmənin 26-dan 30-dək) davam edəcək.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed