12.02.2012 [21:17] - Xəbərlər
MHP 26 fevralın “Xocalı soyqırımını anım günü” kimi qeyd olunmasını təklif etdi
Milliyyətçi Hərəkat Partiyası (MHP) İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Parlamentdə mətbuat konfransı keçirən Sinan Oğan Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunduğunu xatırladaraq Xocalı soyqırımının tanınmasının vacibliyini vurğulayıb və bununla bağlı müvafiq qanun layihəsini parlament rəhbərliyinə təqdim etdiyini deyib.
Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə “Xocalı soyqırımını anım günü” elan olunması öz əskini tapıb. Bundan başqa, layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifi də yer alıb.
S.Oğan parlamentin bu gün keçiriləcək iclasında cari məsələlərin müzakirəsi zamanı söz alaraq Xocalı soyqırımı və ermənilərin Türkiyədə həyata keçirdiyi soyqırımlarla əlaqədar çıxış edəcəyini deyib.
Bundan başqa, Türkiyədə Xocalı soyqırımına dair böyük tədbir düzənlənir. Bu barədə MHP-nin İstanbul bölgə rəhbəri Aziz Aydoğlu məlumat verdi. A.Aydoğlu bildirdi ki, fevralın 25-də İstanbulun Sultanbəyli bölgəsində Xocalı soyqırımına həsr olunan konfrans, 26-da Taksim meydanında yürüş-mitinq keçiriləcək: “Sultanbeylidə izdihamlı bir tədbir keçirməyi planlaşdırırıq. Konfransı Muhsin Yazıçıoğlu Kültür Mərkəzində keçirəcəyik. Həmin tədbirə Türkiyənin bölgələrindən olan millət vəkillərini dəvət etməyi planlaşdırmışıq. Proqram dəqiq olsun deyə, Azərbaycandan gələcək dostlarımızın da imkanlarını araşdırırıq”.

Bu xəbər oxucular tərəfindən 1940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |