22.02.2016 [10:00] - Gündəm, DAVAMın yazıları
Dil – ruhaniliyin (İnsaniliyin: İnamın, İdrakın, Mənəviyyatın, İradənin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai (sosial) hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə də ölüb gedərdi.
Hər bir ulus (xalq) öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur.
***
Sovet dönəmində yazarların dillə bağlı məsuliyyəti indikindən çox idi. Məncə, sovet dönəmi ədəbiyyatımız üçün poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər.
Ancaq əsərin dilinin gözəl, axıcı olması da problemin çözümü deyil. Çünki əsər daha çox məzmunla yadda qalır.
***
Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri – ömrünün yaşarı, davamlı təsdiqidirsə, onun yazdığına həmişə inanacaqlar.
***
Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.
***
Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar.
Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.
***
Milli dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir.
Yazıçı xalqının adından danışdığına, yazdığına əmin olmalıdır.
Yazıçı ilə ulusun (xalqın) dili bir-birinə aid olmalıdır.
Yazıçının dili onun mənsub olduğu millətin dili olmalıdır.
***
Hər kəsin ana dili (buna “doğma dil”, “milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir.
***
Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili – ana dili saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır.
***
Belə olduqda qəribə durum yaranır: əgər bir adam üç-beş dil bilirsə, indiki işgüzar dünyada hamısını eyni səviyyədə işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik.
***
Ana dili isə birdir. Çünki adamın bir anası (atası, milləti) olur.
Ana dili – milli dildir, şəxsin mənsub olduğu millətin dilidir.
***
Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar Mütləqə İnam Fəlsəfəsindən yararlana bilərlər: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəliyindən, gücündən asılıdır.
***
Çağdaş dönəmdə yazarlarımızın yaradıcılıqda müəyyən axtarışları olsa da, ancaq oturuşmuş fərdi üslublar yoxdur, çünki indi hamı dünyaya bənzəmək istəyir.
Fərdilik isə – özünə bənzəməkdir.

Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |