22.02.2016 [13:33] - Güney Azərbaycan xəbərləri, Hadisə
Güney Azərbaycanda hər gün faciəvi yol qəzaları ilə bağlı yeni məlumat yayılır.
İran mətbuatının rəsmi orqanlara istinadən yaydığı məlumata görə, cari ilin son 10 ay müddətində Qərbi Azərbaycanda 511 nəfər yol qəzalarının qurbanı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölənlərin sayında 24 nəfər azalma müşahidə olunur. Son 10 ay müddətində ölənlərin 367-i şəhərlərarası yollarda, 93-ü şəhər daxilində və 51-i kənd yollarında baş verən qəzalarında həlak olub. Qərbi Azərbaycan şəhərləri arasında yol qəzalarında insan tələfatına görə Urmiyə 147 nəfərlə birinci vvə Poldəşt 2 nəfərlə sonuncu yerdədir.
Həmçinin qeyd etdiyimiz müddətdə yol qəzaları nəticəsində çoxsaylı insan müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 9500 nəfəri Qərbi Azərbaycan Vilayətinin Tibbi Ekspertiza Mərkəzlərinə müraciət edib. Onlardan 6443-ü kişi və 2572 nəfəri isə qadın olub.

Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |