23.02.2016 [10:31] - Gündəm, Sağlıq
Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biri olub. Kimi saç tökülməsini normal proses kimi qəbul edir, kimi saç tökülməsinin qarşısını almaq üçün həkim məsləhəti olmadan müxtəlif maskalardan istifadə edir, ancaq çox az sayda insan saç tökülməsi ilə bağlı həkimə müraciət edir. Bir çox insanlar xəbərsizdir ki, saç tökülməsi yalnız baş dərisi ilə əlaqəli deyil, bir sıra hallarda daxili orqanlarda baş verən prpblemlərdən irəli gəlir.
Saçla bağlı insanların rastlaşdlğı problemlərə Mərkəzi Gömrük Hospitalında çalışan həkim-trixoloq Aytəkin Quliyeva aydınlıq gətirib.
A.Quliyeva Trend-ə bildirib ki, ümumiyyətlə, baş dərisində hər bir saçın ömrü 2-6 il olur: “Buna görə də saç daim tökülür. Bu, fizioloji bir proses hesab edilir. Yəni saç tökülür, yeniləri əmələ gəlir. Normal halda gündə ən azı 50-100 arasında saç tökülür. Bu, əsasən, yaz, payız aylarında özünü daha çox büruzə verir. Əgər bu saydan çox saçtökülmə olarsa, bu zaman həkim-trixoloqlara müraciət etmək lazımdır”.
Həkim-trixoloq bildirib ki, saç tökülməsinin səbəbi yalnız baş dərisinin xəstəliyi ilə bağlı deyil.
Onun sözlərinə görə, saç tökülməsinin bir çox səbəbləri var: “Saç tökülməsi daxili orqanlarda baş verən problemlərdən də yaranır. Saç tökülməsinin səbəbləri arasında, həmçinin irsiyyət, immunoloji problemlər, zob xəstəliyi, qan azlığı, dəmir azlığı, qeyri-sağlam həyat tərzi, qeyri-düzgün qidalanma, vitaminsizlik, güclü pəhrizlər, güclü həyəcan, iş rejimi ilə bağlı xroniki yorğunluq, “jele”, “sprey”lər, metal daraqlar, fenlərdən istifadə, saç qaynaqları və s. kimi amillər var”.
A.Quliyeva deyib ki, əgər saç tökülməsi daxili orqanlarla bağlıdırsa, bu zaman xəstələr digər uyğun həkimlərə yönləndirilir: “Yəni əgər daxili orqanlarda yaranan problem aradan qalxarsa, saç tökülməsi də dayanar. Yox, əgər daxili orqanda problem aradan qalxdıqdan sonra da saç tökülməsi davam edərsə, bu zaman saç dərisi həkim-trixoloq tərəfindən müalicə olunmalıdır”.
Həkim saçın vaxtından əvvəl ağarması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, saçın ağarması normalda 35-40 yaşdan sonra baş verməlidir: “Bu, qocalma ilə bağlı problemdir və normal fizioloji bir prosesdir. Ancaq əgər saçlar 20-30 yaşları arasında ağarmağa başlayarsa, bunun əsas səbəblərindən biri irsiyyətdir. Yəni əgər atada və ya anada saçağarma varsa, bu, artıq irsiyyət kimi qəbul edilir. Digər səbəb isə yenə də daxili orqanlarda baş verən problemlərlə bağlı ola bilər. Bu səbəblər isə vitamin və mineral çatışmazlıqları, pis qidalanma, mədə-bağırsaq xəstəlikləri, sinir sistemi xəstəlikləri, güclü pəhrizlər, qalxanabənzər vəzin fəaliyyətinin pozulması, qaraciyər və böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri, maddələr mübadiləsinin pozulması, çox güclü stress və s. problemlərlə bağlıdır”.
A.Quliyeva saç tökülməsi və vaxtından əvvəl saç ağarması problemi olan insanların həkimə müraciət etmələrini məsləhət görür: “Çünki əgər saç tökülməsi irsiyyətlə bağlı deyilsə, deməli, insanda hansısa bir problem var və bu səbəbdən də saç tökülür. Bu problemi vaxtında aradan qaldırmaq lazımdır ki, həm saç tökülməsin, həm də insan gələcəkdə daha ciddi problemlərlə üzləşməsin”.
Həkim-trixoloq, həmçinin həkim rəyi olmadan saç üçün təklif olunan müxtəlif maskalardan istifadə edilməsinin yolverilməz olduğunu bildirib: “Saç tökülməsinin dəqiq səbəbi məlum olmadan, mütəxəssislə məsləhətləşmədən saç dərisinə hər hansı maskaların çəkilməsi düzgün deyil. Nəticədə maskalar baş dərisinə ziyan verə və saçın ağarmasına səbəb ola bilər”.

Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |