23.02.2016 [10:37] - Gündəm, Gənclik, Hüquq
“ASAN xidmət” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.
Bu barədə ASAN-dan məlumat verilib.
23 fevral tarixindən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbin qarşısında məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.
Aksiya çərçivəsində 15 gün müddətində səyyar avtobus vasitəsilə Sabunçu rayonunda yerləşən 13 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır. Qeyd edək ki, bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |