23.02.2016 [14:38] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli Sədr, hökumət üzvləri, kolleqalar!
Azərbaycan Respublikası 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununda dəyişikliklərdə büdcənin gəlir hissəsi ilə bağlı məni narahat edən məqamlara toxunaraq, həm münasibətimi bildirmək həm də suallarımı vermək istəyirəm. Sənəddə göstərilir ki, büdcə gəlirlərinin 42%-i vergi yığımları hesabına nəzərdə tutulub. Bunu təmin etmək mümkün olacaqmı? Vergi daxilolmaları ötən ilin büdcəsinə bərabər nəzərdə tutulub. Amma şərait ötən ilki kimi deyil. Dövriyyə azalıb və azalma davam edəcək. Bu isə gəlirlərin azalmasına, deməli verginin də azalmasına səbəb olacaq. Vergilər nazirliyi büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq. Bu hazırkı situasiyada doğru deyil. İqtisadi aktivliyin azalması, verginin administrativ şəkildə artırılması obyektlərin bağlanmasına gətirib çıxara bilər.Hökumətin bizə təqdim etdiyi sənəddə İZAHAT BÖLÜMÜNDƏ 2-ci səhifədə belə bir abzas var *Ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorların gəlirlərinin azalması nəticəsində sahibkarlığın iqtisadi fəallığının və maliyə-bank sektorunun dayanıqlığının zəifləməsi gözlənilir*. Göründüyü kimi HÖKUMƏT DƏ BU İZAHATI İLƏ yuxarıda dediklərimlə razılaşır. Deməli büdcə gəlirlərinin 42%-i vergi yığımları hesabına nəzərdə tutulması üzərində hökumət ciddi düşünməlidir. Bir çox məsələlər doğrudur, Azərbaycanın iradəsindən asılı deyil-əsasən qlobal böhranın doğurduğu şərtlər. Amma Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 3 milyard civarında azalırsa, Hökumət zəhmət çəkib alternativ qaynaqlardan bu ölçüdə vəsait tapmalıdır. Bunun üçün Prezidentin verdiyi sərəncamlar, ayırdığı vəsaitlər, verdiyi meydan kifayət qədər yetərlidir. Hollandiya kimi bir ölkə okeana torpaq tökərək kənd təssərrüfatı qurub və bu sahədən gələn illik gəlirləri 100 milyard dollar civarındadır. Biz niyə imkanlarımızı dəyərləndirməyək?
Başqa bir məsələ kommunal sektorla bağlıdır.Bu sahəyə 500 milyon manatdan artıq vəsait ayrılıb. Mən dəfələrlə bu məsələni qaldırmışam və təkrar etmək məcburiyyətindəyəm. Bu sektoru hökumət mülkiyyət hüququnu özündə saxlamaq şərti ilə işlətməyə-özəl sektora verməklə, həm bu vəsaiti qənaət edər və bu sahədən büdcəyə vəsait daxil olmağa başlayar.
Heç kimə sirr deyil ki, İş yerləri,ticarət yerlərinin bir qisminin bağlanması ilə bağlı əyalətlərdən Bakıya gəlmiş gənclərin əhəmiyyətli hissəsi əyalətlərə qayıdıb və bu davam edir. Bu qayıdışı faydalı məcraya yönəltmək lazımdır. Gənclərin yerlərdə işsiz qalmaması, kənd təsərrüfatının inkişafında bu işçi qüvvəsindən səmərəli istifadə üçün yerlərdə fermer təsarüffatlarının qurulması üçün kommunal sektora ayrılan 500 milyon vəsaiti bu sahəyə yönəltmək olar. Və yaxud şəhərlərdə kiçik sahibkarlıq sahələrinin yaradılmasına yönəltmək olar. Mən tənqid və iradlarımla bərabər həm də ölkəmiz üçün bu çətin vəziyyətdə islahatlar paketini dəstəklədiyimizi bildirirəm. Təcrübə göstərir ki, islahat yolu, inzibati yoldan səmərəlidir. Hökumət əl-qolun çirmalayıb dövrün çağırışlarına uyğun ciddi dəyişikliklərə başlamalıdır. Mən iradlarımla birgə Hökumətə bu istiqamətdə uğurlar arzulayıram.
Təşəkkür edirəm.

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |