Şrift:
İran Azərbaycana nota verib
13.02.2012 [10:36] - Gündəm
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

İRNA-nın məlumatına görə, görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycan Respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

C. Axundov öz növbəsində İran tərəfinin etirazını Azərbaycan rəsmilərinin diqqətinə çatdıracağını bildirib.
Bu xəbər oxucular tərəfindən 1398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed