24.02.2016 [12:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
“Mühasirədən qaçmış Xocalı sakinlərinin ifadələri nəticəsində müəyyən olunub ki, ermənilər azərbaycanlı girovlara insanlığa sığmayan dözülməz işgəncələr veriblər”. Bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov deyib.
Ə.Xəlilov bildirib ki, girovlara o qədər ağır işgəncələr veriblər ki, bu, heç bir insanlığa sığmır: “İşgəncələr zamanı yaş həddi qoymayıblar. Uşaqlara da, qocalara da, yaralılara da dözülməz, ağır işgəncələr veriblər. Bu işgəncələrə girovların baş dərisinin soyulması, burun və qulaqların kəsilməsi, gözlərin çıxarılması, azərbaycanlılarıın başının kəsilməsi, diri-diri yandırılaraq öldürülməsi, bədənin üzərindən tırtırlı-texnikanın keçməsi və başqa dəhşətli işgəncələr daxildir. Bu işgəncələr həddən artıq çoxdur”.
Ə.Xəlilov qeyd edib ki, ən ağır işgəncələrdən biri də 5 yaşlı azərbaycanlı qızın silahı dirəyərək 17 güllə ilə qətlə yetirilməsidir: “5 yaşında tamamilə kimsəsiz vəziyyətdə olan, heç bir təhlükə törətməyən məsum bir uşağı şüurlu şəkildə yaxından atəş açaraq qətlə yetirmək yalnız erməni vəhilərinin əməli ola bilər və heç bir insanlığa sığmır”.
Ə.Xəlilov əlavə edib ki, Xocalıda törədilən bu cinayətlərə görə 39 nəfər barəsində cinayət işi qaldırılıb, onlar barəsində həbs-qətiimkan tədbiri seçilib və axtarışa veriliblər.

Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |