Şrift:
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası ifasında XOCALI tamaşası
25.02.2016 [10:17] - Gündəm, Afişa
Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası xalqımızın tarixinə qanlı hərflərlə yazılmış, qarlı fevralda baş vermiş Xocalı faciəsinin 24- cü ildönümündə bu faciəni əks etdirən tamaşa nümayiş etdirmişdi. Respublika Texniki Yaradıcılıq Mərkəzində və İstiqlal muzeyində keçirilən tədbirdə çıxış edən studiya "Xocalı" tamaşası ilə çıxış etmişdir. Rusdilli uşaqların öz ana dillərində- azərbaycan dilində səsləndirdikləri şeirlər hər bir tamaşaçını özünü sanki həmin hadisələrin  içərisində hiss etməyə vadar edir. “Xocalı” kompazisiyasında faciədən öncə, faciə və sonrakı proseslər öz təsvir olunmuşdur. Aktyorların daha çox azyaşlı və rusdilli uşaqlardan ibarət olmasına baxmayaraq, tamaşada xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi dolğun şəkildə öz əksini tapmışdır. Tamaşanın rejissoru truppanın bədii rəhbəri Larisa Tarusovadır.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed