Şrift:
Bütün məscidlərdə Xocalı soyqırımının qurbanlarının ruhları üçün dualar ediləcək
25.02.2016 [14:58] - Gündəm, İslam dini, Bildiriş
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə fevralın 26-da paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ-dən verilən məlumata görə, A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed