Şrift:
Yaponiyada əhalinin sayında son beş ildə ilk dəfə azalma qeydə alınıb
26.02.2016 [10:18] - Gündəm, Sosial
Yaponiyada əhalinin sayı son beş ildə 950 min nəfər azalaraq hazırda 127,1 milyon nəfər təşkil edir. Bu barədə ötən il keçirilmiş əhalinin siyahıya alınmasının nəticələri barədə hökumətin dərc etdiyi hesabatda deyilir. İlk dəfə belə tədqiqat nəticəsində ölkə əhalisinin sayının azaldığı qeydə alınıb.

Yaponiyada ölkə əhalisinin siyahıya alınmasına 1920-ci ildə başlanıb və bu, beş ildən bir keçirilir.

Hökumətin yaydığı məlumatda qeyd edilir ki, əhalinin sayı doğuşun azalması səbəbindən aşağı düşüb. Bununla yanaşı, bəzi rayonlarda əhalinin sayının artması da qeydə alınıb. Məsələn, yüksək əmək haqqı, imkanların genişliyi və mədəni həyatın zənginliyi ilə fərqlənən Tokio meqapolisində əhalinin sayının kəskin artdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed