27.02.2016 [11:25] - Xəbərlər, Borçalı
Fevralın 26-da Borçalıda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə keçirilən tədbirə çoxsaylı gənclər və ziyalılar qatılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Xocalı qətliamı haqqında ətraflı məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov "Xocalıya ədalət" kampaniyası çərçivəsində Gürcüstanın bir çox yerlərində keçirilən tədbirlər, konfranslar və aksiyalar barəsində məlumat verib.
Gürcüstan parlamentinin üzvü Mahir Dərziyev isə öz çıxışında Gürcüstanın da Azərbaycanla eyni taleyi yaşadığını bildirib, günahsız insanlara qarşı törədilən terroru lənətləyib.
Gürcüstan parlamentinin digər üzvü Azər Suleymanov və Finlandiya Şərq Universitetinin doktorantura pilləsində təhsil alan Karli Storm da çıxış edərək Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bölüşüblər.
Çıxışlardan sonra Borçalının Muğanlı kənd orta məktəbinin şagirdləri Xocalı kompozisiyasını nümayiş etdiriblər.
Tədbirdə Nizami Məmmədzadənin “Xocalı harayı” adlı kitabının təqdimatı olub.
Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |