Şrift:
“Atəşkəs” filmi televiziya ekranlarında
28.02.2016 [00:35] - Gündəm, Afişa
“İşğalın qurbanı” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun birgə əməkdaşlığı sayəsində istehsal olunan və Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi bu gün axşam saat 22:30-da İTV-də, sabah isə “CBC” televiziyasında yayımlanacaq.

Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən ölkəmizin tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr və Xocalı faciəsi filmin əsas qayəsini, leytmotivini təşkil edir.

Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. Film Macar Turan Fondunun sədri Andras Bironun ssenarisi əsasında çəkilib .

Qeyd edək ki, “Atəşkəs” filmi ilk olaraq 2015-ci il dekabrın 8-də Macarıstanın paytaxtı Budapeşt şəhərində nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed