Şrift:
İTV-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı
29.02.2016 [11:01] - Gündəm, Hüquq
Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.

Səbail rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed