13.02.2012 [13:32] - Siyasət
Fars-molla rejimi Bəşər Əsədi qorumaq üçün Suriyaya «Sepah»ın 15 min hərbçisini göndərib
Suriya müxalifətinin nümayəndəsi Qəssam Salimani şok məlumat yayıb. O deyib ki, İran Bəşər Əsədə müxalifətçilərinə qarşı mübarizədə yardımçı olmaq üçün Suriyaya 15 min xüsusi təyinatlı hərbçi göndərib. Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçilər Korpusuna («Sepah») bağlı «Qüds» qanadı komandanı ilə birlikdə artıq Dəməşqdədir: «Daha əvvəl İran-İraq müharibəsində istifadə edilən və «Hizbullah»a bağlı silahlı qruplaşmalara təlim keçən korpus Əsəd rejiminin təhlükəsizlik qüvvələri ilə birlikdə hökumətin Hums və Zabadani bölgələrində itirdiyi nəzarəti yenidən bərpa etməyə çalışacaq».
Fars-molla rejimi isə diqqəti yayındırmaqla məşğuldur. İran dövlət televiziyası «Press TV» bildirib ki, Qərbdə hazırlanan plana görə, Türkiyə ordusu Suriya torpaqlarına girərək müxalifətçiləri silahlandıracaq. İsrail isə Suriya silahlı qüvvətlərinə aid hərbi bazalara zərbə endirərək Bəşər Əsədin devrilməsində müxalifətçilərə yardımçı olacaq.
İran telekanalı Suriyanın müxtəlif ölkələrdəki səfirliklərin müxaliflərin hücumuna məruz qalacağını, Bəşər Əsəd rejiminin dünyanın gözündən salınacağını, bu ölkə rəhbərlərinin müharibə canisi elan edilərək, Haaqa Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinə veriləcəyini bildirib.
«Press TV»-nin iddiasına görə, Vaşinqton vahabilərlə yanaşı, Liviyadan «Fəth-ül İslam» döyüşçülərini silahlandıraraq Suriyaya göndərəcək.
Tehran Suriyaya hərbçi göndərir, təzribat xarakterli, diqqəti yayındıran məlumatlar yayır, eyni zamanda MAQATE ilə danışıqları davam etdirir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müffətişləri İrana təkrar səfər edəcəklər. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, belə bir qərar AEBA baş direktorunun müavini Herman Nakertsin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyətinin İrana üç günlük səfərindən sonra verilib. Ramin Mehmanpərəst AEBA müfəttişlərinin fevralın 21-22-də Tehrana səfər edəcəyini vurğulayıb. O, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona yeni məktub göndərdiyini desə də, məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Fars-molla rejimi bir tərəfdən də silahllanır. Srağagün İran yeni hərbi məhsullarının təqdimatını keçirib. Tədbirdə hərbi təyinatlı 21 yeni elektron və telekommunikasiya sistemi sərgilənib. Mərasimə qatılan İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi deyib ki, yeni hərbi məhsullar lazer sistemləri, tank əleyhinə raket idarəetmə sistemləri, üç yeni radar, lazer hədəfli müdafiə vasitələri, naviqasiya sistemləri, gəmi və sualtı qayıqlar üçün elektron rabitə sistemləri, termoqrafik kameralar, müşahidə vasitələri və HHM radarlarından ibarətdir: «Sistemlər ölkənin, xüsusilə uzaq məsafadə yerləşən ərazilərin təhlükəsizliyini möhkəmləndirmək üçün nəzərdə tutulub».
Fars rejimi qadınları da işə qatır. İran ölkənin hücuma məruz qalması durumunda düşmənləri qarşılayacaq olan güclərdən birinin 3500 qadın nindza ordusu olduğunu açıqlayıb. Ən əhəmiyyətli xüsusiyyətləri səssiz hərəkət etmək olan qadın nindzalar, ya da «kunoiçi»lər düşmən xətlərinə səssizcə keçə və hər cür silahdan ustalıqla istifadə edə bilir. İrandakı yeganə qadın nindzutsu təlim mərkəzi olan məktəbdə karate, taekvondo, ciu-citsu, kendo, nihon-kempo, syorinzi-kempo, kiko, yuqen, cüdo, yaydzutsu, naqinatadzutsu, kobudo, aykido ilə yanaşı, Filippinin arnis və kombatan, Koreyanın tekken və tansudo, Çinin uşu-taolu, İndoneziyanın pençak-silat və s. döyüş növlərinin əsasları da öyrədilir. 1989-cu ildə fəaliyyətə başlamış İran Qadın Nindzutsu Məktəbində indi 3500 qadın məşq edir. Məktəbdə gənc xanımlar fəndlərlə yanaşı, oxatma, qılıncsoynatma, nunçaklar və sürikenlərlə davranmağı da öyrənirlər. Məktəbin rəhbəri «ölüm maşını» adlandırılan Qisu Misa Əhmədidir.
Birləşmiş Ştatlar isə fars molla rejimini dinc buraxmayacaq. Prezident Barak Obama NBC telekanalına müsahibəsində bildirib ki, ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün İsraillə yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücum edib-etməmək haqda hələlik qərar vermədiyinə inanır: «İsrailin bu məsələni necə həll edəcəyinə dair hələlik qərar vermədiyinə inanıram. ABŞ və İsrail İranın Fars körfəzində və Hörmüz boğazı ilə bağlı hədələrinin diplomatik yolla qarşısının alınmasına çalışacaq. Amma bu da yeganə yol deyil. Düzdür, hazırda masa üzərində hər hansı həll yolu da yoxdur. Ancaq mən açıq şəkildə demişəm ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu məsələdə İsraillə hər addımı dəqiqləşdiririk. Hesab edirəm ki, İsrail İranın mübahisəli nüvə proqramı barədə narahatlıq keçirməkdə haqlıdır. Biz dünya ictimaiyyətini indiyədək görünməmiş şəkildə səfərbər etmişik və onlar bu ehtiyacı və təzyiqi hiss edirlər. Lakin hələ hansı addımı atacaqlarına qərar verməyiblər. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadənin əleyhinə deyilik, amma nüvə silahının istehsalının qarşısını almağa çalışacağıq». Obama deyib ki, Fars körfəzində hər hansı yeni hərbi əməliyyat bütünlüklə region üçün təhlükə yaradır: «Yeni münaqişə ABŞ-a və neft qiymətlərinə güclü təsir göstərəcək. ABŞ-ın hələ də İranla sərhəddə yerləşən Əfqanıstanda qoşunları var. Ona görə də bu problemin diplomatik yolla həllinə üstünlük veririk».
Birləşmiş Ştatlar İrana əlavə sanksiya tətbiq edib. Prezident Barak Obama İran Mərkəzi Bankı, hökuməti və maliyyə qurumlarının ölkədəki aktivlərini dondurub. Konqresə göndərdiyi müraciətində Obama İranın Mərkəzi Bankı da daxil olmaqla bu ölkənin digər banklarının beynəlxalq maliyyə sisteminə təhlükə yaratdıqlarını nəzərə alaraq belə bir addım atıldığını bildirib. Məktubda İran banklarının bu ölkənin mübahisəli nüvə proqramı ilə əlaqədar sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslərinə xidmət göstərdiyi və gizli əməliyyatlar həyata keçirdiyi qeyd olunub. Müraciətdə həmçinin İran hökumətinin siyasətinin və addımlarının ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatını təhdid etdiyi vurğulanıb.
Artıq BMT baş katibi Pan Gi Mun da dilə gəlib: «Xums şəhərinin artilleriya atəşinə tutulması Suriya hakimiyyətinin ziyanınadır və onların legitimliyini şübhə altına qoyur. Belə qəddarlıq insanlıq baxımından tamamilə qəbuledilməzdir. Heç bir hökumət öz xalqına qarşı belə hərəkət edərək, bunun ardınca legitimliyini qoruya bilməz. Suriyada zorakılığa son qoyulmalıdır».
Bəşər Əsədin hakimiyyətinin ömrünü uzadan isə hələlik Rusiya və Çindir. Ola bilsin ki, yenidən prezident seçilmək istəyən Putin Bəşər Əsədi Vaşinqtona satmaq fikrinə düşüb. Ehtimal ki, Bəşər Əsədin qiymətini artırmaqla Vaşinqtondan zəmanət almağa çalışır, bu zamənət isə ABŞ-ın Putinin prezident seçilməsinə mane olmaması ola bilər.
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Süzan Rays bəyanlayıb ki, Suriyada vətəndaş müharibəsi risqi artır. O deyib ki, BMT TŞ-nın Suriyaya dair qəbul edə bilmədiyi qətnamə layihəsi bəlkə də tərəfləri danışıqlar masası arxasına əyləşdirmək istəyən Ərəb Dövlətləri Liqasını dəstəkləmək üçün son imkanlardan biri olub: «ABŞ bütün mümkün vasitələrlə Suriya prezidenti Bəşər Əsədə qarşı təzyiqi artıracaq. Lakin vətəndaş müharibəsi risqi həqiqətən artır».
Britaniya XİN başçısı Uilyam Heyq BMT TŞ-da Suriyaya dair qətnamənin qəbul olunmasının qarşısını almaqla Rusiya və Çinin ciddi səhv etdiklərini və Suriya xalqını satdıqlarını deyib: «Biz bu vetonu Çin və Rusiya tərəfindən vəziyyətin qiymətləndirilməsində buraxılmış ciddi səhv kimi qiymətləndiririk». Onun sözlərinə görə, Böyük Britaniya və digər ölkələr Suriyaya dair qətnaməni BMT Baş Assambleyasının gündəliyinə çıxaracaqlar.
London Dəməşqdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Xatırladaq ki, daha öncə Vaşinqton Suriya hökumətinin təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə etiraz etməsi ilə bağlı Dəməşqdəki diplomatik nümayəndəliyini bağlayıb. Səfirliyin bütün əməkdaşları geriyə çağırılıblar.
Moskvada olan Bəhreynin xarici işlər naziri Rusiya XİH rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların nüvə proqramı məsələsində dirənən İrana hücum edəcəyi barədə xəbərləri yalanlayıb. ABŞ-ın səlahiyyətli şəxsləri ilə söhbət etdiklərini və Vaşinqtonun İrana hücum planını dəstəkləmədiyini bildirən əl Xəlifə İranın sülh məqsədli nüvə enerjisi əldə etməyə haqqı olduğunu bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə BMT TŞ-nin Suriyaya qarşı qətnamənin səsə qoyulmasında tələsdiklərini bildirib: «Daha 3 gün gözləsəydilər, heç bir şey dəyişməzdi». Rusiyanın xarici işlər naziri Sergey Lavrov və xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov isə prezident Bəşər Əsədlə danışıqlar aparmaq üçün Suriyaya səfər edəcəklər. Görünür, Moskva bu səfərə böyük ümid edir, ona görə də BMT TŞ-nin tələsdiyini bəyanlayır. Ehtimal etmək olar ki, Sergey Lavrov Bəşər Əsədi Moskvaya aparacaq.
Günə Henri Kissincer damğasını vurub. «Soyuq müharibə» dövründə ABŞ-ın xarici siyasətinin memarı olan Kissincer bildirib ki, «Rusiyaya süni bir meydan oxuma duyğusu yaşadırıq, bu onları daha tez yox edər».
Nobel mükafatlı siyasətçi Henry Kissinger «The Daily Squib» qəzetinə müsahibəsində Vaşinqtonun xarici siyasəti ilə bağlı fikirlərini bildirib: «7 ölkəni fəth etməmiz lazımdır. ABŞ-ın qalib çıxacağı ciddi bir müharibə qapıdadır». Kissincerin müsahibəsinin tezisləri aşağıdakı kimidir: «ABŞ Çin və Rusiyanı gücsüzləşdirir, zəncirin son halqası isə İran olacaq. Bu günə qədər Çinin hərbi gücünü artırmasına və Rusiyanın Sovetlər sonrası toparlanmasına icazə verdik. Hazır gözləyən sərrast bir nişançı kimiyik, silaha sarıldığımız zaman atəş edəcəyik. Çox ağır bir döyüş olacaq və ancaq bir super güc qalib gələcək. Bu da bizik. Avropa Birliyi buna görə də super güc ola bilmək üçün tələskənlik edir. Qorxunc Rus ayısını da, oraqlı Çini də qışqırdacağıq, bax o zaman İsrail proseslərə müdaxilə etmək məcburiyyətində qalacaq. İmkan qədər çox ərəbi yox edə bilmək üçün vuruşmaq məcburiyyətində qalacaq. Əgər hər şey yolunda gedərsə, Orta Şərqin yarısı İsrailin olacaq. Küllərdən yeni bir cəmiyyət yaradacağıq, yalnız tək bir super güc qalacaq, dünya hökuməti qalib gələcək. Ən yaxşı silahların ABŞın əlində olduğunu unutmayın. Zamanı gələndə bütün bunları reallaşdıracağıq». Kissinger ABŞ-ın işğal etməsi lazım olan ölkələrin adını sadalamayıb, çünki köməkçiləri müdaxilə edərək müsahibənin kəsilməsinə nail olublar.

Bu xəbər oxucular tərəfindən 1722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |