Şrift:
Fərəc Quliyev Sərdar Həmidovun vəfatı ilə bağlı başsağlığı verdi
29.02.2016 [13:17] - Gündəm, Bildiriş
Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov dünyasını dəyişib. Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Başsağlığında deyilir:
"Sərdar Həmidov Birinci Qarabağ müharibəsinin döyüşçülərindəndir. O, bir döyüşçü kimi bizim qəlbimizdə daim yaşayacaqdır. Sərdar bəyin vaxtsız vəfatı bizi dərindən sarsıtdı. Şəxsim və sədlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Sərdar bəyin bütün doğmalarına, o cümlədən qardaşı İsgəndər bəyə dərin hüzünlə başsağlığı verir, mərhumun yeri Cənnət, ruhu şad olsun deyirik."
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed