Şrift:
OPEK neft hasilatını azaldıb
01.03.2016 [09:59] - Gündəm, İqtisadiyyat
OPEK fevral ayının sonu etibari ilə neft hasilatını sutkalıq 280 min barrel azaldıb.

RİA Novosti xəbər verir ki, neft hasilatındaki ən ciddi azalma İraqda qeydə alınıb. Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur.

Səudiyyə Ərəbistanda və İranda hasilatın azalması qeydə alınmayıb.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neft hasilatını yanvar ayının göstəricilərinə uyğun dondurulmasına qərar vermişdi.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed