01.03.2016 [10:16] - Gündəm, Bildiriş
Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında davam edən qar çovğunu nəticəsində 4 mindən artıq ev işıqsız qalıb.
Bəzi yerlərdə küləyin ani şiddəti saniyədə 40 metrə çatır. Bir çox yerlərdə qar yığını yolu bağladığına görə qəza xidməti elektrik xətlərinin qırıldığı ərazilərə gedib çıxa bilmir.
Artıq ikinci sutkadır ki, güclü külək Hokkaydonun inzibati mərkəzi Sapporoda yerləşən Şin-Çitose aeroportunun işini pozub. Burada 90-dan artıq reys təxirə salınıb. Texniki vasitələr aeroportun hər iki uçuş-enmə zolağını qardan təmizləyə bilmədiyinə görə fevralın 29-da aeroport bütün günü işləməyib.
Son sutkalarda Hokkaydonun bir çox rayonlarında 50-60 santimetr qalınlığında qarın düşdüyü bildirilir.

Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |