Şrift:
Dünyanın ən nazik xalçası rekord qiymətə satıldı
13.02.2012 [13:50] - İqtisadiyyat
15 qr çəkisi olan xalça İstanbulda sərgiyə çıxarılıb



Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində dünyanın ən nazik xalçası təqdim edilib. Əldə toxunma xalça Türkiyənin Kocaeli bölgəsinin Hərəkə kəndindən gətirilib. Əl işi "dünyanın ən nazik xalçası" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Xalçanı toxuyan Nuray Kıvancın sözlərinə görə, xalçanın hər santimetrinə 1024 ilmə vurulub. Kıvanc onun təkcə ən nazik deyil, həm də ən yüngül xalça olduğunu deyir. Çəkisi 15 qram olan xalçanın toxunmasına gündə 10 saat olmaqla, 5 il vaxt sərf edilib.

Sərgidə xalçaya müştəri də çıxıb. İbrahim Astam adlı şəxs onu 50 min dollara alıb.
Bu xəbər oxucular tərəfindən 1775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed