Şrift:
Dünya Kubokuna çox güclü idmançılar gələcək
03.03.2016 [09:52] - Gündəm, İdman
"Azərbaycan idmançıları martın 5-6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda azarkeşlərin dəstəyinə səmimi olaraq ümid edirlər". Bunu Azərbaycan gimnastı Svetlana Makştarova deyib.

Batutçu yarışda medallar uğrunda mübarizə aparmaq niyyətindədir: "İndi biz cidd-cəhdlə məşq edirik. Tora öyrəşmək üçün yarışadək iki-üç dəfə də böyük məşq edəcəyik. Bu gün səhər arenada yarış batutları quraşdırılıb, indi onlarda da məşq edəcəyik. Əlbəttə, finala çıxmağı və medal qazanmağı çox istərdim, lakin bunun üçün məşq etmək lazımdır".

O, Dünya Kubokuna çox güclü idmançıların gələcəyini bildirib: "Onların sırasında üçqat Olimpiya iştirakçısı, dördüncü olimpiadaya hazırlaşan belaruslu Tatyana Petrenyanın adını çəkmək olar. Bundan başqa, Özbəkistandan Olimpiyanın bürünc mükafatçısı Yekaterina Xilko da gələcək. Çox çətin olacaq, amma mübarizə aparmaq mümkündür".

S.Makştarovanın sözlərinə görə, bütün Azərbaycan idmançıları azarkeşlərin dəstəyinə arxalanır və ümid edirlər.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed