03.03.2016 [09:54] - Gündəm, Hüquq
2015-ci ildə Azərbaycanda cəza çəkən 21 iranlı məhbus İran tərəfə təhvil verilib. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda bildirilir ki, Azərbaycan Ədliyyə Nazirliyi ilə İran tərəfi arasında aparılan danışıqların nəticəsi olaraq həmin məhkumların cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsi barədə razılıq əldə edilib və 21 məhbus İrana təhvil verilib. İran tərəfə təhvil verilən həmin məhbuslardan 3 nəfəri qadın, 18 nəfəri isə kişidir.
Məlumata görə, cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün İrana təhvil verilən 21 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsində təqsirli bilinən şəxslərdir.

Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |