05.03.2016 [00:12] - Gündəm, İdman
İspaniyanın “Barselona” futbol klubu yeni rekorda imza atıb.
“Marca” qəzeti xəbər verir ki, ötən gün Primeronun 27-ci turunda “Rayo Valekano” komandası üzərində 5:1 hesabı ilə qələbə qazanan Kataloniya təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. Bununla da Luis Enrikenin yetirmələri 1988-1989-cu il mövsümündə 34 oyunda məğlub olmayan Madridin “Real” klubuna məxsus rekordu yeniləyiblər.
Kataloniyalıların bu qalibiyyətində Türkiyə millisinin ulduz futbolçusu Arda Turanın da payı olub. Matçın 86-cı dəqiqəsində fərqlənən Arda “Barselona”nın heyətində ilk qola imza atıb.
Hazırda ən yaxın izləyicisi “Atletiko” ilə xal fərqini səkkizə çatdıran “Barsa” 69 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |