13.02.2012 [17:43] - Gündəm
Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bəyanatların heç bir real əsası yoxdur və heç bəlli də deyil ki, Azərbaycanı nədə günahlandırırlar. Bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Azərbaycanın xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibətlərində mütləq şəkildə qonşu ölkələrin maraqları nəzərə alınır", - Həsənov bildirib.
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.
Həsənov bildirib ki, Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir.
"Açıq demokratik ölkə kimi bizə istənilən ölkənin vətəndaşları gəlir, viza rejiminə müvafiq olaraq keçir və yaxud da burada yaşayır və bunların hamısı qanunla müəyyən olunur. Ona görə də İranın bu açıqlamasının heç bir əsası yoxdur", - Həsənov əlavə edib.
Onun sözlərinə görə, İran mövcud vəziyyətində qonşularla münasibətlərdə bir az ehtiyatlı olmalıdır, belə məsələlərdə qonşularla kifayət qədər diplomatik, qanunlara, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidir.

Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |