05.03.2016 [10:29] - Gündəm, İqtisadiyyat
Martın 4-də Sabirabad, Qax və Qusar rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın saytı məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd asaqqalları iştirak ediblər.
Qax rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 377 abonenti olan Tasmalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 798 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Qusar rayonunun 136 abonentlik Əniqoba kəndinin ilk dəfə qazlaşdırılması ilə əlaqədar keçirilmiş mərasimdə isə qeyd olunub ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 15 176 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün sabirabadlılar üçün də əlamətdar olub, rayonun Muğan Gəncəli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə vurğulanıb ki, 316 abonentlik kəndin qazlaşdırılması zamanı 25 491 metrlik polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |