Şrift:
DGK İran ilə Azərbaycan arasındakı neytral ərazidə ölüm faktı ilə bağlı məlumat yaydı
05.03.2016 [10:58] - Gündəm, Hadisə
Martın 4-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı neytral ərazidə Azərbaycan Respublikası vətəndaşı Qasımov Elşən Məmmədhəsən oğlu səhhətində yaranan problemlə əlaqədar dünyasını dəyişib.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, Elşən Qasımovun ölümünə guya Biləsuvar Gömrük İdarəsinin ərazidəki gömrük keçid məntəqəsində yaranan sıxlığın səbəb olması barədə olan fikirlər həqiqətə uyğun deyil.

DGK Mətbuat Xidmətindən bildiriblər ki, martın 4-də sözügedən gömrük keçid məntəqəsində ümumiyyətlə sıxlıq müşahidə olunmayıb və bədbəxt hadisə də məntəqənin ərazisində deyil neytral zonada baş verib. Belə ki, piyada yolla İran İslam Respublikasından Azərbaycana gələn Biləsuvar rayon Abazovka kənd sakini 52 yaşlı Qasımov Elşən Məmmədhəsən oğlunun səhhəti iki ölkə arasındakı neytral zonada qəfil pisləşib. Gömrük keçid məntəqəsinin əməkdaşları dərhal əraziyə təcili tibbi yardım briqadası çağırsa da Elşən Qasımovun həyatını xillas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları müvafiq araşdırmalar aparır və olümün səbəbi də araşdırmalardan sonra məlum olacaq.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed