13.02.2012 [23:53] - İdman
Azərbaycanlı gimnastlar yeni Olimpiya mövsümünün rəsmi açılışında - Sevgililər günü ərəfəsində Estoniyanın Tartu şəhərində keçirilən "Miss Valentina" ənənəvi turnirində ilk medallarını qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin qeyd etdiyi kimi, zəriflərimiz nə az, nə çox düz 14 medal qazanıblar ki, onlardan altısı qızıldır!
Milli komandanın lideri Aliyə Qarayeva öz yüksək statusunu təsdiqləyərək top və lentlə tapşırıqda qızıl, halqa və gürzlərlə yarışda isə gümüş medal qazanıb.
Olimpiya Oyunlarının gələcək iştirakçısı olmaq uğrunda yeniyetmələr Nilufər Niftalıyeva (1998-ci il təvəllüdlü) və Jalya Piriyeva da (2000-ci il) çıxış ediblər. 12 yaşlı gimnast top və gürzlərlə yarışda birinci, halqa ilə yarışda isə ikinci yeri tutub. Nisbətən daha yuxarı yaşda olan Niftəliyeva halqa və gürzlərlə yarışda qalib gələrək iplə tapşırığa görə turniri gümüş medalla başa vurub.
Onun yaşıdı Gülsüm Şəfizadənin çıxışı daha az uğurlu olub. Belə ki, o topla yarışı gümüş, lentlə oyunu isə bürünclə başa vurub.
Daha bir yeniyetmə - 15 yaşlı Yekaterina Prokopenko lentlə yarışda xalça sahibi ilə ikinci yeri bölüşüb.
Ölkə yığmasının baş məşqçisi Marianna Vasilyevanın məlumatına görə, nəhayət, Tartudan son medalları 1999-cu il təvəllüdlü yeniyetmələr qrupu aparıb. Nərminə Hüseynovanın, Mehparə Mənsurovanın, Samirə Əlizadənin, Səbinə Əlizadənin və Cənnət Məmmədovanın beynəlxalq arenada beş topla çıxışı tamamilə baş tutub - 2-ci yer.
"İştirakçılarımızın hamısı öz yeni proqramlarını sınaqdan keçirdilər və mən onların nəticələrindən razıyam. Güman edirəm ki, bu Nijni Noivqorodda iyun ayında keçiriləcək Avropa çempionatına hazırlaşan Qarayeva və yeniyetmələr üçün ilin nikbin başlanğıcıdır", - Vasilyeva sonda qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |