Şrift:
Naxçıvanda 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq
06.03.2016 [10:26] - Gündəm, İqtisadiyyat
Bu il ərzində Naxçıvan Muxtar Respublikasında 120 hektar sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınacaq.

Son illər muxtar respublikada iməciliklər yolu ilə təkcə ötən il 216,8 hektar sahədə yaşıllıq zolağı və meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb. Cari ildə də bu işlər davam etdiriləcək.

Ötən il ilk dəfə olaraq muxtar respublikada 50 hektar sahədə püstə bağı salınıb. Bu il daha 50 hektar püstə bağı salınacaq.

Görüləcək işlər sırasında Naxçıvançay vadisində 2, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında 2,5, xüsusi mühafizə olunan təbiət ərazilərinin əhatə etdiyi orta dağlıq və dağlıq ərazilərdə isə 7 hektar sahədə meyvə bağlarının, Naxçıvan-Çalxanqala yolunun kənarlarında 6 hektar yaşıllıq zolağının salınması da nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed