14.02.2012 [00:37] - Siyasət
Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT Avaz və TRT Haber kanalında çıxış edərək Xocalı soyqırımı, bu soyqırımın tanınması istiqamətində görülən və görülməsi planlaşdırılan işlər, İstanbulda keçirilməsi nəzərdə tutulan "Hamımız Xocalılıyıq, Hamımız Qarabağlıyıq!" mitinq yürüşü və bu istiqamətdə bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir” – deyə Q.Paşayeva söyləyib. Millət vəkili hər kəsi Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı qətliamının 20 illiyi münasibəti ilə İstanbulun mərkəzi Taksim meydanında 26 fevral saat 14.00-da keçiriləcək mitinq-yürüşdə iştirak etməyə çağırıb. O bildirib ki, bu mitinq-yürüşün məqsədi Xocalıya ədalət tələb etmək və beynəlxalq ictiamiyyətin diqqətini cəlb etməkdir.
Millət vəkili Qənirə Paşayeva TRT AVAZ-ın canlı efirində Türkiyədəki insanlara da müraciət edərək deyib: “Biz inanırıq ki, bizim bacı-qardaşlarımız fevralın 26-da saat 14.00 da İstanbulda, Taksim Meydanında keçiriləcək "Kalbimizde Hocalı, Hamımız Karabağlıyız" yürüş-mitinqində iştirak edəcək və biz iki qardaş olaraq birlikdə bütün dünyanın diqqətini bir daha Xocalı Soyqırımına yönəldərək, birlikdə Xocalıya ədalət tələbi ilə dünyaya səslənəcəyik. Gerçək Soyqırımı kimlərin yaptığını artıq görün! deyə”.

Bu xəbər oxucular tərəfindən 2444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |