06.03.2016 [10:36] - Gündəm, Sağlıq
Planetimizdə Altsgeymer xəstəliyindən əziyyət çəkənlərin sayı hər il artır. Xəstəlik ona görə inkişaf edir ki, ahıl adamlarda beyin toxumaları beta-amiloid zülalını parçalayan kifayət qədər xüsusi ferment ayırmır, ya da bu cür fermentlərin aktivliyi hansısa səbəblərdən aşağı olur. Odur ki, Altsgeymer xəstələrində beta-amiloidi parçalayacaq preparatın yaradılması nevropatologiyada əsl sıçrayış olacaq.
“health-ua.org” saytı xəbər verir ki, Avstraliyanın Monaşa Universitetindən olan tədqiqatçılar bu qlobal problemin həllinə xeyli yaxınlaşıblar. Bir neçə ilan növünün zəhərini araşdırmış alimlər Cənubi və Mərkəzi Amerikadakı zınqırovlu ilan növlərindən birinin zəhərində xüsusi birləşmə aşkarlayıblar. Bu zəhər komponenti beta-amiloid zülalını parçalayan fermentlərə münasibətdə katalizator xüsusiyyətlərinə malikdir.
Monaşa Universitetindən olan alimlər artıq bu maddənin laboratoriya şəraitində əldə edilməsi üsulunu tapıblar. İlan zəhərindən alınmış sintetik ferment təbii ferment qədər effektiv olub. Tibbi tədqiqatlar və innovasiyalar üzrə Avstraliya Milli Fondu sintetik fermentlə bağlı gələcək eksperimentlərin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |