Şrift:
Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü - Dəfndən Görüntülər
06.03.2016 [12:48] - Xəbərlər, Türkün şanlı tarixi, Bildiriş
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.
Şərqdə ilk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.

M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

1903-cü ildə on yeddi yaşında olan M. Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1911-ci ildə o, Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü - Dəfndən Görüntülər

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü - Dəfndən Görüntülər

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

M. Ə. Rəsulzadənin qəbri Türkiyənin paytaxtı Ankara şəhərindədir. O, 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini deyib.
Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed