07.03.2016 [11:09] - Gündəm, Diaspor
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.
Konqres tərəfindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamə, Alyaska Konqresinin həm Senatı, həm də Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilib.
Alyaska Konqresinin əksər üzvərinin həmmüəlliflik etdiyi birgə bəyannamə Senatın sədri Kevin Mayer (Kevin Meyer) və Nümayəndələr Palatasının spikeri Mayk Şeno (Mike Chenault) tərəfindən imzalanıb.
Sənəddə qeyd olunur ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrindən biridir, regionun ən güclü iqtisadiyyatına malikdir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
Bəyannamədə bildirilir ki, ötən 25 il ərzində Azərbaycan ilə ABŞ enerji təhlükəsizliyi, eləcə də beynəlxalq terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdiriblər. Həmçinin, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunur, bu səpkidə Cənub Enerji Dəhlizi layihəsinin önəmi vurğulanır.
Sənəddə qeyd olunur ki, Azərbaycan 2001-ci ilin 11 sentyabrında baş vermiş terror hücumlarından sonra ABŞ və koalisiya qoşunlarının Əfqanıstanda apardığı əməliyyatlara dərhal və qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olub. Bu münasibəti olduqca yüskək qiymətləndirən Alyaskanın ştat qanunvericiləri, 11 sentyabr terror aktları zamanı həlak olmuş 2753 amerikalının ailələri adından Azərbaycan Respublikasına təşəkkür edirlər.
Həmçinin, sənəddə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı vurğulanır.
Qeyd edək ki, bu, Alyaska ştatının ali qanunverici orqanı tərəfindən qəbul edilmiş Azərbaycana dair ilk rəsmi sənəddir.

Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |