05.10.2011 [11:41] - Güney Azərbaycan-Təbriz
Farsların təhqirinə məruz qalanın təkcə biz Türklər olmadığı, başqa millətlərin də bundan nəsibini aldığı görülməkdədir. Sasani sülaləsinin qurucusu Ərdəşir, son Əşkani hökmdarı Ardavana üsyan elədikdən sonra Əşkani padşahının ona “kürd çadırlarında yetişmiş” birisi olaraq xitab eləməsi və kürdləri də təhqir eləməsi İslam qaynaqlarında qeyd olunmuşdur.
Farsların ərəblərə olan baxışları da bilinən bir məsələdir. İranda fars hakimiyyətinə son verən və uzun illər oraya hakim olan ərəblər də bu təhqir oxunun bir başqa hədəfi olmuş və onların nifrət hissindən qurtula bilməmişdir. Bir millət niyə başqa millətləri təhqir edir? Bunun altında nə durur? Bu psixologiya bir millətin ruhuna işləmiş gerilikdən və özünü aşağı hiss etməkdənmi qaynaqlanır? Farsların digər millətləri təhgir etməsi xususilə keçən əsrdə də özünü göstərmişdir. Pəhləvi sülaləsinin iş başına gəlməsi ilə İran tarixində mühüm rol oynamış Türklərə amansız təxribat və təhqir başlamışdır. Bu təxribat və təhqirin çox ağır olduğu, Türk dilinin gadağan edilməsi, mədrəsələrdə bu dildə danışanlara cəza verilməsi və heyvani münasibət göstərilməsi kimi misallar tarixdə öz yerini almış və Türk millətini dərindən yaralamışdır.
Asiya, Avropa və Afrikada böyük dövlətlər quran Türklərə həyasız bir şəkildə uyğunsuz sifətlər yapışdırmaları, 2006-da İran gəzetində buraxılan yazıdakı kimi hamam böcəyinə bənzədilmələri və başları əzilməli bir varlıq kimi göstərilməsi və bunlara bənzər onlarca təhqir artıq farsların bizə olan baxışını anlamaya yetərlidir.
Keçmişə baxışımılzda farsların təhqirinə məruz qalanın təkcə biz Türklər olmadığı, başqa millətlərin də bundan nəsibini aldığı görülür. Sasani sülaləsinin qurucusu Ərdəşir, son Əşkani hökmdarı Ardavana üsyan elədikdən sonra Əşkani padşahının ona “kürd çadırlarında yetişmiş” birisi olaraq xitab eləməsi və kürdləri də təhqir eləməsi İslam qaynaqlarında qeyd olunmuşdur.
Bu da o deməkdir ki, farsların təhqir eləmə kompleksi çox öncələrdə təşəkkül etmiş və bizdən qabaq başqa millətlərin alnına yapışdırılmışdır. Farsların ərəblərə olan münasibətləri da bilinən bir məsələdir. İranda fars hakimiyyətinə son verən və uzun illər oraya hakim olan ərəblər də bu təhqir oxunun bir başqa hədəfi olmuşlar və onların nifrət hissindən qurtula bilməmişlər.
Bu təhqir kompleksi nə şəkildə təşəkkül etmiş ola bilər?
Bu mövzuda mədəniyyətin muxtəlif qollarında, ətrafındakı xalqlara arxalanan farslar bu aşağılılık kompleksinə qapılmış ola bilər:
1. Məlum olduğu kimi, Aria kəlməsinin kökünün əkinçiliklə bağlı olduğu, əkinçiliyin Arialar arasında çox sevilən və müqəddəs sayılan bir məslək olduğu irəli sürülmüşdür. Özlərini Ariayi olaraq adlandıran və bu kökdən gəldikləri ilə fəxr edən bu cəmiyət bugünkü İran topraqlarına gəldikdən sonra özlərindən çox qabaq və inkişaf eləmiş bir mədəniyət ilə qarşılaşdılar. Ziraət və əkincilikdə çox inkişaf etmiş, o dövrün yüksək texnologiyasına sahib və irəli səviyyədə olan məlumat ve metodlara hakim cəmiyətlərlə qarşılaşdıqları zaman yəqin ki, özlərinə Aria adını verməkdən utanmışdılar. Sümer-Babil, Asur və Elam mədəniyəti bu inkişaf etmiş səviyədə olan mədəniyyətlərin önündə gəlməkdə idi. Böyük və geniş sulama kanalları və əkinçilik alətləri yüzillər qabaq bu xalqlar tərəfindən icad edilmiş və işlənmişdir. Misal olaraq bu gün Əhvaz ilə Şuş arasında şəkər zəmiləriylə məşhur Hafttepe məntəqəsindəki böyük su kanalının haqsız olaraq Dariuş adlandırıldığı, ondan 700 il qabaq Elam kralı Untaş-Napirişa dönəmində düzəldiyi nümunəsindən yola çıxaraq Elamlarda sulama texnikalarının nə qədər inkişaf elədiyi ortaya çıxmışdır. Qeyd etməyə dəyər ki, əkinçilikdə farsların icadı olduğu irəli sürülən qənat sistemi bəzi elm adamlarına görə Mannalardan alınmış və öyrənilmiş bir mövzüdür. Bu metodun ilk dəfə e.ə. 2-ci minillikdə Məkkə və Umanda görüldüyü iddia edilir. Bu topraqlar və inkişaf etmiş mədəniyət farslarda geri qalmışlıq kompleksinin təşəkkül etməsinin birinci səbəbi ola bilər.
2. Farslar və Madlardan əldə edilən maddi-mədəniyyət əsərlərinin (memari əsərlər, sikkələr, qaya qabartmaları və s.) dərin və yaxşı tədqiq olunduğu zaman məntəqədəki qabaqcıl mədəniyyətlərin çox dərin təsirlərinə məruz qaldığı aydın olur. Lullubi, Elam və Asurun dərin təsirlərinə məruz qalan Həxaməniş əsərləri, Əşkani və Sasani əsərlərinə buraxdığı təsir səbəbiylə adları çəkilən qabaqcıl kültürlərin təsirini onlara intiqal vermişdir.
3. Farsların (İrani boyların) yazı ənənəsi olmadığı, Avestanın yüzillər boyunca sinədən-sinəyə əzbərlənərək gəldiyi, buna görə Sasanilər zamanında artıq anlaşılmaz olduğu və onlara təfsir mahiyyətində olan Zənd kitabları yazıldığı iddia edilir. Hətta Abel Nou, bütün Zərdüşt ədəbiyatının İslam dönəmində qələmə alındığına dayanaraq Sasanilər dönəmində belə yazı ənənəsinin var olmadığını iddia etməkdədir. Həxaməniş yazılarının əlifbası və yazı uslubu isə farslarda dərin bir yazı kültürünün olmadığını, bu mixi yazının isə Dariuşun əmriylə, heca sistemli olmayan Arami əlifbası əsas alınaraq Arami katiblər tərəfindən icad edildiyini göstərməkdədir. Halbuki, onlardan minillər qabaqdan məntəqəmizdə yazı kültürü inkişaf eləmiş və yüksək səviyyələrə çatmışdır. Sasanilər və İslam dönəmində Zərdüşt ədəbiyatının sürətlə qələmə alınması isə kitablı dinlər olan xristianlıq, manilik və İslamın qarşısında zəiflik hissedən din adamlarının reaksiyası şəklində yorumlanır.
4. Sasanilər dönəmində Zərdüştçülüyün ağır zülmlərinə qatlanan kütlə və alt təbəqə İslamın gəlişiylə dörd əllə bu dinə sarıldılar və könüllü şəkildə bu dini qəbul elədilər. Bu şəkildə bol sayda dini terminlər və ictimai-siyasi istilahlar ərəb dilindən fars dilinə keçdi və bu dildə kökdən və dərin bər təsir buraxdı. Yazı sistemi isə Avesta və Pəhləvi yazısından ərəb əlifbasına dəyişdirildi. Bunlar isə farsların ərəblərdən nifrət etməsinə və onları xor görmələrinə səbəb olmuşdur. Halbuki Zərdüştçülük İran üçün uyğun bir din olmamışdır. Bir çox araşdırıcı Zərdüştçülüyün Orta Asiyaya munasib bir din olduğunu, xususilə Sasanilər dönəmində artıq xalqın bu didən nifrət etdiyi və İslamın heç bir ciddi muqavimətlə qarşılaşmadan xalqın içində sürətli bir şəkildə yayıldığını ifadə etmişlər.
5. Türklər dünya mədəniyətinə təsiri baxımından tarixdə iki mövzuda mühüm rol oynayıb:
1. Heyvançılıq,
2. Dövlətçilik.
Ərəblərin Sasaniləri devirdikdən sonra Türklərin İranda hakimiyyəti ələ geçirmələri və sələfləri Hunlar və Göy Türklər kimi çox böyük və geniş imperiyalar yaratmaları artıq bu topraqlarda fars hakimiyyətinin intibahını oyandırmışdır. 18-ci əsrin qaynaqlarında Türklərin İranda yüksək mədəniyyətə sahib olduğu bildirilıir. Türklərin əsrlər boyunca İrana hakim olması iqtidar odunda yanan farslarda da mənfi hisslərin yaranmasına səbəb olmuş ola bilər. Mədəniyyət qalıcı bir məfhum deyildir. Həyatı boyunca bir çox şeylər alır və bir çox şeyi də geridə buraxır, millətlər tarix boyunca aldığı təsirləri mədəniyyətlərinə uyğun bir şəkildə sintez edib bir davamlılıq halına gətirirlər. O təsirlər o zamanda bir boşluq və ehtiyac nəticəsində o mədəniyyətə daxil olmuş və o ehtiyaca cavab verməyə çalışmışdır. Ona görə də gəlmə mədəniyyət ünsürlərilə zəngindir. Necə ki, Türklər də tarixin bəzi dönəmlərində Çin və İran mədəniyyətlərindən təsirlənmişdir. Bütün bunlar zaman-zaman mədəniyyətimizə daxil olsa da bizdə o mədəniyyətlərə qarşı nifrət və üstünlük hissi oyandırmamışdır. İran boyları mifologiyasında insanlığa düşmən olan və çiyinlərində iki ilan bitən Zəhhak əfsanəsi var. Hər gün iki insan yeyən bu əcayib məxluqun əslində İran boylarının bir bölgəni istila edərkən savaşdıqları yerli xalqlar olduğu irəli sürülmüşdür. Zərdüşt inancında isə bütün qorxunc ruhlara, sürünən heyvanlara və iyrənc məxluqlara “xərfester” deyilir. Bu xərfesterlərin də Gathalarda bəzi gruplara itlak edildiyi görülməkdədir. Bəzi alimlər xususilə hindlilərin ən qədim əsəri olan Rig Vedada və İran boylarının ən qədim əsəri olan Avestada qeyd olunan Aria kəlməsinin yerli xalqa görə üstünlük, nəciblik və əsalət bildirdiyini ifadə edir. Bu yerli xalq isə İranda Elam və Manna xalqları və Hindistanda Harappa və Mohenco Daro kimi yüksək səviyyəli kültürlərin yaradıcısıdır. Yuxarıda deyildiyi kimi Arialar kültür baxımından bu yerli xalqlardan çox aşağı səviyyədə olmuşdur. Bu kimi üstünlük düşüncələrinə İran tarixində çox rast gəlinir, ancaq bunların çoxu xəyali və yuxarıda da göstərilməyə çalışıldığı kimi aşağı səviyyədə hissetmənin gətirdiyi komplekslərin nəticəsidir. Hər millət yaşadığı dönəmin şərtlərinə baxaraq o zamankı həyat tərzini uyğun görməli və qəbul etməlidir. Çünki yaşadıqları coğrafiya o həyat tərzinə imkan verir.
Əkincilik üçün əlverişli yerlər, Bozqır (step), vahe və çöl fərqli həyat tərzlərinin ortaya çıxmasına imkan verirlər. Bəzi elm adamları əkinçiliyin, bəzi elm adamları isə heyvancılığın üstün həyat tərzi olduğunu önə sürsə də dünya mədəniyəti bir bütündür və Arnold Toynbeenin də ifadə etdiyi kimi bu nöqtəyə gəlməsində bütün mədəniyyətlərin rolu vardır. Birini aşağı, birini yüksək qəbul etmək doğru deyildir.
OĞUZXAN ATAMANLI

Bu xəbər oxucular tərəfindən 1699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |