Şrift:
AÇ-2016: bu gün 4 güləşçimiz mübarizəyə qoşulacaq
09.03.2016 [10:05] - Gündəm, İdman
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxacaq.

53 kq

1/8final - Anjela Doroqan - Nina Hemmer (GER)

60 kq

1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç

65 kq

1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev

97 kq

1/8 final - Şəriv Şərifov - İvan Yankouski BLR)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq. Final qarşılaşmaları İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed