Şrift:
Azərbaycan neftinin qiyməti 41 dollaradək bahalaşıb
09.03.2016 [11:00] - Gündəm, İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,39 dollar bahalaşaraq 36,69 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 39,82 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar bahalaşaraq 40,57 dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed