Şrift:
Yeni ictimai birlik təsis olunub
14.02.2012 [09:22] - Gənclik
Bir qrup gənc “Yeni Nəfəs” adlı təşkilat yaradıb

Bir qrup gənclər tərəfindən yeni ictimai birlik yaradılıb. “Yeni Nəfəs” adlı ictimai birliyin ötən gün təsis konfransı keçirilib. Birlik Hüseyn Günəşli, Mehman Həsən, Nurulla Novruzlu, Seymur Bağırov və Könül Nuriyeva tərəfindən təsis olunub.

Təsis yığıncağında təşkilatın Nizamnaməsi müzakirə edilərək qəbul olunub. Hüquqi qeydiyyat üçün sənədlər hazırlanıb müvafiq dövlət orqanına verilməsi ilə bağlı təmsilçi təyin olunub. Bundan başqa toplantı zamanı birliyin sədri seçilib. Beləliklə, Hüseyn Günəşlinin sədrliyi ilə fəaliyyətə başlayacaq yeni təşkilat vətəndaş cəmiyyətinin inkişafını, demokratik dəyərlərin təbliğini özünün əsas məqsədi seçmişdir. İclasın sonunda təşkilatın fəaliyyət istiqmətləri və bu istiqmətlər üzrə görüləcək işlər də müzakirə olunub.

“Yeni Nəfəs” İB
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed