Şrift:
Köçürülən pulu plastik kartla almaq artıq mümkündür
10.03.2016 [10:52] - Gündəm, İqtisadiyyat
Bankdan bildiriblər ki, bu kart bank ofisinə gəlmədən “e-Manat” terminalları üzərindən pul köçürməyə imkan verən "Vektor" sisteminin növbəti inkişaf mərhələsidir. Yeni kart pulsuz verilir və tamfunksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur. Bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, köçürülən məbləğ pulu alan şəxsin kartına dərhal mədaxil edilir. Eyni zamanda, pulu göndərən və pul alan şəxslərə SMS vasitəsilə bildiriş göndərilir. “e-Manat” terminalları vasitəsilə "Vektor" kartına pul köçürmək üçün pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur. "Vektor" sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3 min manat təşkil edir.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed