Şrift:
FƏRƏC QULIYEV AZADLIQ MEYDANINDA 1991 CI IL
11.03.2016 [11:21] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Muhsin Yazıcıoğlunun ( adını rəhmət və sayğıyla yad edirik) gözəl bir sözü var idi. deyirdi ki "Vatani sevmenin cilesini biz cektik, edebiyyatini onlar yapti."
Fərəc Quliyev bütün ömrü boyu vətəni, milləti üçün calışan adam. Milli Azadlıq Hərəkatının liderlərindən olmuş, müstəqillik aktını hazırlayan 3 nəfərdən, ona səs verən 43 nəfərdən biri olmuş, millət vəkili olduğu halda könüllü silahlı dəstələr yaradaraq Azərbaycanın döyüş gedən bütün bölgələrində savaşmış, "Soyuq" adlı strateji yüksəkliyi erməni-rus birləşmələrindən 25 nəfərlə birlikdə ələ keçirib milliləşdirmiş və buna öorə də prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülmüş, lakin torpaqlarımızın işğal altında olduğunu əsas gətirərək bu addan imtina etmiş, "Sərhəd Hərəkatının" ideoloqu, təşkilatçısı olmuş, 8 il məhbəs həyatı yaşamış, Mübarizəsini davam etdirmək üçün Milli Dirçəliş Hərəkatını qurmuş, Irəvanda ermənistan prezidenti Sarkisyanın öz otağında onun üzünə " sən isğalçısan" demiş.... bunların ağırlığını çiyinlərində daşımış bir Liderdir.
Çox təəssüf ki o vaxt baş verən bu hadisələrin böyük bir qismi foto və video yazılarda həkk olunmayıb. Bunun nəticəsidir ki, bütün bunlar baş verən zaman otağından bayıra çıxmağa cəsarəti olmayan, bu proseslərin necə və harda baş verməsindən xəbərdar belə olmayan və hətda harda olması bəlli olmayan " liderlər" indi özlərini baş qəhrəman edib ədəbiyyat yapırlar. Indi çoxları "millətçi", "mübariz", "qorxmaz" olub....
Tarix və gerçəklik isə dəyişmir.
O böyük tarixdən nadir və kicik bir fraqment
FEREC QULIYEV AZADLIQ MEYDANINDA 1991 CI IL

]
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed