Şrift:
Azərbaycanda hərbi komissarlıqlar ləğv edildi
14.02.2012 [09:28] - Gündəm
Azərbaycanda hərbi komissarlıqlar ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların
əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir.

Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Nazirlər Kabinetinə 3 ay müddətində çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını, hərbi uçot ixtisasların siyahısını, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasını, çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramlarını və bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısını müəyyən etmək tapşırılıb.

Fərmanla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti üzrə həmin qanunda nəzərdə tutulmuş xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını iki ay müddətində müəyyən etmək tapşırılıbb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunda nəzərdə tutulmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin formasını iki ay müddətində müəyyən etməlidir.
Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed