Şrift:
Yəməndə toqquşmalar nəticəsində 57 nəfər ölüb
12.03.2016 [11:03] - Gündəm, Hadisə
Yəməndə üsyançı husilərlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 57 nəfər ölüb.

Sputnik məlumat verir ki, hazırda hökumət qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhəri istiqamətində hücuma keçiblər.

Qanlı toqquşmalarda 37 husi, 14 hökumət əsgəri və 6 dinc sakin ölüb. Məlumata əsasən, son günlər hökumət qüvvələri Taiz şəhərinin ətrafını nəzarət altına almağa müvəffəq olublar.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed