Şrift:
Səfirlik: Ankaradakı partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdu
14.03.2016 [11:09] - Gündəm, Hadisə
Ankarada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat veriblər.

Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed