14.03.2016 [13:02] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ANS Televiziyasının "Günə Baxan" verilişinin qonağı olub. Millət vəkili ilə "Azərbaycanda sahibkarlığın problemləri" mövzusunda aparılan müzakirədə Fərəc Quliyev mövcud qanunvericilik çərçivəsində sahibkarlıq fəaliyyətinin imkanlarından danışıb. Hazırda sahibkarlığa qarşı yaradılmış bürokratik əngəlləri vurğulayan partiya sədr qeyd edib ki, sahibkarlıq ölkənin bütövlükdə təhlükəsizlik sistemidir. Bütün dövlət qurumlarının məsləyə bu cür yanaşmasını hazırlamağın gərəkli olduğunu deyən millət vəkili, eyni zamanda buna ictimai nəzarətin də qurulmasının vacibliyini vurğuladı. Sahibkarlığın fəlsəfi modelindən də danışan Fərəc Quliyevin həmin verilişdəki çıxışının videosunu təqdim edirik:
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |