16.03.2016 [11:51] - Gündəm, Mədəniyyət
Mərkəzi Elmi Kitabxanada “Akademkitab” MMC-nin 15-18 mart tarixlərini əhatə edəcək “Yurdum Azərbaycanım” adlı musiqili tədbirinə start verilib.
“Akademkitab”ın və “Zəka və Ülviyyət Maarifləndirmə” İctimai Birliyinin birgə keçirdiyi tədbir həm Novruz bayramı, həm də kitab mağazasının açılışı ilə əlaqədar olaraq təşkil edilib. “Akademkitab”ın direktoru Əliağa Cəfərli tədbirin həm də kitab mağazasını geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıdığını bildirərək onun yaranma tarixi barədə geniş məlumat verib. Bildirib ki, tarixi kökləri 1956-cı ildə SSRİ Elmlər Akademiyasının tərkibində “Nauka” təşkilatının yaranmasına dayanan “Akademkitab” həmin təşkilatın Azərbaycanda təmsil olunan 5 kitab ticarət təmsilçilərindən biri olub. Həmin dövrdə Azərkitab, Kəndkitab, Standartlar və Nəqliyyat təşkilatı kimi kitab ticarət təşkilatları yaransa da onlardan yalnız “Akademkitab” 60 ildir ki, fəaliyyət göstərir. Məqsədi SSRİ Elmər Akademiyasının nəşrlərini təbliğ etmək olan bu qurum SSRİ-nin süqutundan sonra 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibinə daxil edilib. 1997-ci ildə isə “Akademkitab” bir bölmə kimi AMEA-nın tərkibində yardılan “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tabeliyinə keçirilib. 2015-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın tərkibinə daxil edilib. Bu gün isə “Akademkitab” məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərir. Ə.Cəfərli qeyd edib ki cəmiyyətin Nizamnaməyə əsasən, onun əsas fəaliyyəti AMEA-nın Rəyasət Heyəti aparatının, AMEA-nın elmi institut və təşkilatlarının, həmçinin ayr-ayrı müəlliflərin sifarişi əsasında elmtutumlu məhsulların, kitabların, jurnalların, elmi-kütləvi, ədəbi-bədii və digər ədəbiyyat nümunələrinin nəşrini təşkil etmək, satmaq və yaymaqdan ibarət olacaq.
Direktor onu da əlavə edib ki “Akademkitab” kitab evinin qarşısında duran əsas məqsəd Azərbaycanın bütün şəhər və rayonlarında filiallar açaraq AMEA nəşrlərinin təbliğini daha da genişləndirməkdir.
Tədbirdə fiziki imkanları məhdud olan istedadlı uşaqların əl işlərinin sərgisi də təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |