Şrift:
Pakistanda avtobusun partladılması nəticəsində 15 nəfər həlak olub
16.03.2016 [12:30] - Gündəm, Hadisə
Martın 16-da səhər saatlarında Pakistanın şimal-qərbində hökumət qulluqçularını daşıyan avtobusun partladılması nəticəsində 15 nəfər həlak olub.

Polisin yaydığı məlumata görə, Mardan şəhərindən Peşəvərə gedən avtobusda daha 25 nəfər ciddi xəsarət alıb.

Məlumata görə, partlayıcı qurğu 40-50 nəfərin olduğu avtobusun arxa tərəfinə yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed