Şrift:
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi qurbanları anılacaq
14.02.2012 [16:43] - Mədəniyyət
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da anılacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən Çarhanlı, Zenfira Əbdülsəmədova, Natiq Fərzəliyev, Ədalət Əbdülsəmədov, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid Orucoğlu, Fidan Abbasova, Nuriyə Əliyeva canlandıracaqlar.
Bu xəbər oxucular tərəfindən 1640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed