17.03.2016 [14:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, ötən gün Belçika parlamentinin bir qrup deputatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Belçika nümayəndə heyətinin tərkibində Senat sədrinin 1-ci müavini Karl Fonlauven, Flamand parlamentinin deputatları Karim fon Overmeyer, Vard Kennes, Mark Hendriks, professor Pol Mirts olub.
Avropalı deputatlar Xankəndi şəhərində qondarma qurumun üzvləri və yerli universitetlərdə tələbələrlə görüş keçiriblər.
Belçikalı deputatların Qarabağa qanunsuz səfəri Azərbaycanın etirazına səbəb olub.
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fərəc Quliyev AzVision.az-a açıqlamasında Qarabağa qanunsuz səfərin ölkəmizə qarşı hörmətsizlik olduğunu deyib.
Millət vəkili Belçika parlamentinin bununla bağlı Azərbaycana hesabat verməli olduğunu bildirib.
“Qarşı tərəf bununla bağlı Azərbaycana hesabat verməlidir. Biz ölkəmizə qarşı sayğısız davranışı qətiyyətlə pisləyirik”.
Deputatın sözlərin görə, Azərbaycan Belçikalı deputatların sayğısız hərəkətinə görə, bu ölkəyə nota verə bilər.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bu məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə Azərbaycanın razılığı olmadan həyata keçirilən səfərlər Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanununun pozulmasıdır. Belə səfərləri həyata keçirən şəxslər arzuedilməz şəxslər siyahısına daxil edilirlər. Ümumiyyətlə, bu dünyada qəbul olunmuş bir praktikadır. Ölkələrin sərhəd keçid qaydalarını və digər qanunlarını pozan şəxslərin həmin ölkəyə girişinə qadağa qoyulur.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və qanlı etnik təmizləmə siyasətinin nəticələrini təşviq etmələrinə görə daşıdıqları siyasi və mənəvi məsuliyyətlərini də dərk etməlidirlər. Belə ki, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT nizamnaməsinə zidd şəkildə Ermənistan Azərbaycan ərazilərini işğal edib və bu ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə siyasəti həyata keçirib.
Anar Kəlbiyev
AzVision.az

Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |