18.03.2016 [12:44] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın Ağcabədi və Tovuz, həmçinin, paytaxtın Qaradağ, Xəzər, Abşeron və Suraxanı rayonlarında baş tutub.
Səyyar xidmətlər zamanı Ağcabədi rayonunda 1121, Tovuz rayonunda 360, Qaradağ rayonunda 481, Xəzər rayonunda 697, Abşeron rayonunda 480, Suraxanı rayonunda 206, ümumilkdə, 3400-ə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.
Belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |