Şrift:
Bahar günü “Bahar oğlu”nun şeirləri səslənəcək
20.03.2016 [11:34] - Gündəm, Mədəniyyət, Bildiriş
Martın 22-də Beynəlxalq Muğam Mərkəzində görkəmli dramaturq və şair Cəfər Cabbarliya həsr olunmuş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçiriləcək.

Tədbir Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi, Cəfər Cabbarlının ev-muzeyi və “Yeni Yurd” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşacaq.

Muğam Mərkəzindən bildirilib ki, tədbirdə Azərbaycan və

Türkiyə alimlərinin Cəfər Cabbarlı yaradıcılığı barədə çıxışları dinləniləcək, ədibin bahar təravətli şeirləri və sözlərinə yazılmış mahnılar səsləndiriləcək.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed